Bu gün şəhid gizir Emil İsgəndərovun doğum günüdür. Əslən Qubadlının Çardaxlı kəndindən olan qəhrəmanımız 5 avqust 1990-cı ildə Sumqayıt şəhərində dünyaya gəlib.
Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının giziri Emil müharibə zamanı Cəbrayılın, Füzulinin və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. 7 noyabr 2020-ci ildə Şüşa uğrunda gedən döyüşlərdə şəhid olub. Ölümündən sonra Vətən uğrunda” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.
Şəhidimiz ailəli idi. Nicat və İbrahim adlı övladları Vətənə əmanət qalıb.