Sənaye və Yüksək Texnologiyalar üzrə Sumqayıt Dövlət Peşə Təhsil Mərkəzində maarifləndirici seminar keçirilib. Bu haqda 13 may tarixində Sumqayıt24 təhsil mərkəzinə istinadən xəbər verir.
Seminar QİÇS xəstəliyi, onun simptomları və mübarizə yolları mövzularını əhatə edib. QİÇS-lə Mübarizə Mərkəzinin Regional Laboratoriyasının əməkdaşları tələbələrə zərərli vərdişlərin insan sağlamlığında törətdiyi ağır fəsadlar, QİÇS-ə yoluxma yolları və xəstəliyin yayılma təhlükəsi barədə ətraflı məlumat verib, sanitar-gigiyenik qaydalar və sağlam həyat tərzi ilə bağlı onlarla maarifləndirici söhbətlər aparıblar.
Sonra mövzu ilə bağlı tələbələri maraqlandıran suallar cavablandırılıb, onlara bukletlər paylanılıb.
Təlim tələbə gənclərin İnsanın İmmun Çatışmazlığı Virusu üzrə qan nümunələrinin laboratoriya sınaq testləri ilə yekunlaşıb.