Mahmud Vladiqafqaza əmisinin yanına istirahətə gedirdi.
Bunu təyyarə qəzasına uğrayan Mahmud Tutunçiyevin atası Muhuma Tutunçiyev Sumqayit24.az-a bildirib. Onun sözlərinə görə, oğlu Vladiqafqazda anadan olduğu üçün bu il yeni il bayramını həmin şəhərdə qeyd etmək istəyirdi:
“Oğlum həmin şəhərdən 1 yaşı olanda çıxıb. Bu il anadan olduğu şəhəri görməyə gedirdi. Onun orada 3 əmisi yaşayır, 10 gün onlarla qalacaqdı. Təyyarə yola düşənə qədər əlaqəmiz olub. Lakin qəza barədə xəbəri sosial şəbəkələrdən aldıq".