Ə.Əliyev adına Sumqayıt Tibb Kollecində “Peyvəndlərlə qarşısı alına bilən uşaq tənəffüs yolu infeksiyaları” mövzusunda maarifləndirici seminar keçirilib. Bu haqda 14 may tarixində Sumqayıt24 xəbər verir.
Seminar zamanı kollecin müəllimləri Könül Qarayeva və Ofeliya Əhmədova peyvəndlərlə qarşısı alına bilən uşaq tənəffüs yolu xəstəlikləri, peyvəndlənmənin vacibliyi, o cümlədən peyvəndlərlə bağlı yayılan yanlış məlumatlar mövzusunda çıxış ediblər.
Sonda mövzu ətrafında müzakirələr aparılıb, tələbələri maraqlandıran suallar cavablandırılıb.