Sumqayıtda fəhlə faciəvi şəkildə dünyasını dəyişib. Bu haqda 19 sentyabr tarixində Sumqaıt24 Lent.az-a istinadən məlumat verir.
Hadisə 6-cı mikrorayon ərazisində səhər saatlarında baş verib. Şəhər sakini, 45 yaşlı Taleh Həmidov işlədiyi tikintidə 9-cu mərtəbədən yıxılıb. O, aldığı xəsarətlərdən yerindəcə keçinib.
Faktla bağlı araşdırma aparılır.