Türkiyənin Bursa şəhərindən olan bir qrup şəhid ailəsi Sumqayıta gəlib. Bu haqda 11 yanvar tarixində Sumqayıt24 Report.az-a istinadən xəbər verir.
Qonaqlar Heydər Əliyev Mərkəzində şəhid ailələri ilə görüş keçiriblər. Yığıncaqda Azərbaycan Müdafiə Nazirliyinin, şəhər İcra Hakimiyyətinin əməkdaşları, Türkiyənin Bursa şəhərindən və Sumqayıtdan olan şəhid ailələri iştirak ediblər.
Öncə şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Çıxış edən Azərbaycanın Milli Qəhrəmanı Polad Həşimovun anası Səmayə Həşimova qeyd edib ki, xalqlarımız hər zaman şəhidlərinin xatirəsini ehtiramla yad edir. O söyləyib ki, hər iki ölkədə qoşa dalğalanan Azərbaycan və Türkiyə bayraqları ölkələrimizin birliyini nümayiş etdirir: “Azərbaycan-Türkiyə birliyi, qardaşlığı əbədidir və sarsılmazdır”.
İştirakçılar səfər çərçivəsində Sumqayıtın Şəhidlər xiyabanında, Sumqayıt bulvarında olublar. Sonda qonaqlara hədiyyələr təqdim olunub.