Sumqayıt Gənclər Evində uğurlu qadınların gənclərlə görüşü keçirilib. Bu haqda 21 sentyabr tarixində Sumqayıt24 xəbər verir.
Yığıncaq Abşeron-Xızı Regional Gənclər və İdman İdarəsi, Yeni Azərbaycan Partiyasının şəhər təşkilatı və Sumqayıt Gənclər Evinin birgə təşkilatçılığı ilə baş tutub.
Tədbirdə millət vəkili Hicran Hüseynova, beynəlxalq qrosmeyster Zeynəb Məmmədyarova və qadın məsələləri üzrə ekspert Sevda Məmmədova çıxış edərək uğura gedən yolda öz təcrübələrini gənclərlə bölüşüblər.
Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.