Sumqayıtda ulu öndərin 100 illiyi ilə əlaqədar sərgi keçirilib. Bu haqda 12 may tarixində Sumqayıt24 “Mədəniyyət Xəbərləri”nə istinadən məlumat verir.
“Ümummilli liderimizin Sumqayıt səfərləri” adlı sərgi Sumqayıtın Tarixi Muzeyi tərəfindən təşkil olunub. Heydər Əliyev parkında - açıq səma altında keçirilən sərgi şəhər sakinləri, eləcə də bir çox tədris ocaqlarının şagird və tələbələri tərəfindən maraqla qarşılanıb.