Sumqayıtda ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş konsert keçiriləcək. Bu haqda 12 may tarixində Sumqayıt24 xəbər verir.
Ulu öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuş hesabat konserti Qara Qarayev adına 1 nömrəli Uşaq Musiqi Məktəbi tərəfindən təşkil olunacaq. Tədbir mayın 19-u baş tutacaq.