Q. Qarayev adına Sumqayıt şəhər 1 nömrəli Uşaq Musiqi Məktəbində tematik konsert keçirilib. Sumqayıt24 bu haqda 21 dekabr tarixində xəbər verir.
Şagirdlər tədbirdə uşaq və gənclər üçün yazılmış fortepiano silsilələrinin, miniatürlərinin əsasını qoyan A. Zeynallı və bu ənənənin davamçıları Ə. Abbasov, F. Əmirov, T. Quliyev, Q. Qarayev, O. Rəcəbov, X. Mirzazadə və başqalarının əsərlərini ifa ediblər.
Konsertin aparıcısı nəzəriyyə müəllimi Ülviyyə Cəlalova olub.