Sumqayıtda "Hipotireoz" xəstəliyi mövzusunda elmi seminar keçirilib. Sumqayıt24 bu haqda 8 iyul tarixində şəhər Tibb Mərkəzinə istiandən xəbər verir.
Uşaq xəstəxanasında təşkil olunan görüş maarifləndirmə xarakteri daşıyıb. Tibb ocağının həkim-endokrinoloqu Dilşad Babayeva çıxışında hipotireozun endokrin sistemin ən çox rast gəlinən xəstəliyi olduğunu bildirib və onun fəsadları barədə söz açıb. Qeyd olunub ki, xəstəlik nə qədər tez aşkar edilib düzgün müalicə olunarsa, proqnoz o qədər müsbət olar.
Seminarda Sumqayıt Uşaq xəstəxanasının həkimlərinin təcrübəsində sözügedən xəstəliklə bağlı rast gəlinən haldan danışılıb, eləcə də həmin pasiyentin müalicə üsulu diqqətə çatdırılıb. Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.