Avtomobil velosipedçini vuraraq öldürüb. Sumqayıt24 bu haqda 23 iyul tarixində Bizim.media-ya istinadən xəbər verir.
Hadisə Şabran şəhəri, H. Əliyev prospektində baş verib. Yerli sakin, 27 yaşlı Asim Qurbanov idarə etdiyi "VAZ" markalı avtomobillə Sumqayıt şəhəri, H.Z. Tağıyev qəsəbəsinin sakini olan velosipedçi, 32 yaşlı Natiq Qulamovu vurub. İkinci yerindəcə keçinib.
Qəzanın səbəbləri araşdırılır.