Bakı-Sumqayıt qatarlarında ödənişlərin 30%-i bank kartları vasitəsilə həyata keçirilib. Sumqayıt24 bu haqda 30 noyabr tarixində Apa.az-a istinadən xəbər verir.
Son 2 ili əhatə edən statistikanı “InMerge Innovation Summit”in panel müzakirələrində “Visa”nın Mərkəzi Asiya və Azərbaycan üzrə regional direktoru Kristina Doros açıqlayıb.
O bildirib ki, bu, çox böyük göstəricidir:
"Bəlkə də, “Chat GPT” bu qədər sürətli olub. Bu onu göstərir ki, Azərbaycan regionda ən sürətlə inkişaf edən bazarlardan biridir”.