“Həkimlər hər şeyin yaxşı olacağına ümid edirlər”.
Bunu İdman.biz-ə mərhum qrosmeyster Vüqar Həşimovun bacısı Samirə Allahverdiyeva deyib.
O, Novxanı qəsəbəsində baş vermiş partlayışda valideynlərinin ağır xəsarət aldığını bildirib:
“Hazırda atamda ağır yanıqlar var. Onu Yanıq Mərkəzinə göndərdik. Əməliyyat olunmalıdır. Anamda isə ağır sınıq və yanıq xəsarətləri var. Hamımız gözləyirik. Vəziyyətləri ağırdır”.