Xarici ölkələrə səfər edən Azərbaycan vətəndaşlarının sayı açıqlanıb.
Fed.az-ın məlumatına görə, bu ilin yanvar-sentyabr aylarında xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının ümumi sayı ötən ilin eyni dövrü ilə müqayisədə 18,9% artaraq 1 milyon 647,1 min nəfər olub.
Azərbaycan vətəndaşlarının 42,1%-i Türkiyəyə, 20,5%-i Rusiyaya, 8,7%-i Gürcüstana, 8,5%-i İrana, 20,2%-i isə digər ölkələrə səfər edib. Gedənlərin 64%-i kişilər, 36%-ni qadınlar təşkil edib.
Qeyd edək ki, bu ilin yanvar-sentyabr aylarında xarici ölkələrə səfər edən Azərbaycan vətəndaşlarının 69,8%-i hava, 28%-i dəmir yolu və avtomobil, 2,2%-i isə dəniz nəqliyyatından istifadə edib.