Sumqayıtda taksiçi küçə itlərini himayəyə götürüb. Sumqayıt24 bu haqda 22 may tarixində ARB Xəbər-ə istinadən xəbər verir.
Ramin Namazov adlı həmin şəxs təkcə Sumqayıtda deyil, digər şəhər və rayonlarda da tapdığı xəstə və yaralı heyvanlara kömək edir. O, ilk növbədə onları sağaldır, sonra isə hər birinə ad verir və şəhərdən kənar ərazidə mütəmadi olaraq yemləyir. Bundan əlavə, taksiçi öz doğum gününü tort alaraq itlərlə birgə qeyd edir.
Məlumata görə, R. Namazov 90 nəfərdən ibarət heyvansevərlər qrupu yaradıb. Onlar xüsusi bir sığınacağın yaradılmasını arzulayırlar.