Dövlət Ekoloji Təhlükəsizlik Xidməti şəhərimizdə monitorinq keçirib. Sumqayıt24 bu haqda 12 may tarixində Report.az-a istinadən xəbər verir.
Səyyar laboratoriya vasitəsilə aparılan ölçmə işləri zamanı “Xəzinə Palace” restoranında nöqsan tapılıb. Obyektdən havaya atılan tullantıların miqdarı normadan artıq olub.
Səlahiyyətli nümayəndə barəsində protokol tərtib olunub və o, vəzifəli şəxs qismində cərimələnib.
Qurum ictimai-iaşə obyektləri və restoran sahiblərini təmizləyici qurğuların texniki göstəricilərinin normalara uyğunluğunu təmin etməyə, havanın çirkləndirilməsinə yol verməməyə çağırır.