Sumqayıtda uşaq köməksiz vəziyyətdə qalıb. Sumqayıt24 bu barədə 3 oktyabr tarixində xəbər verir.
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar xəttinə azyaşlının mənzildə bağlı qapı arxasında köməksiz qalması haqda məlumat verilib. Qurumun Sumqayıt Regional Mərkəzinin əməkdaşları ünvana cəlb olunublar.
Nəticədə nəzarətsiz qalmış uşağın xilası təmin edilib.