Yeni Azərbaycan Partiyası (YAP) Sumqayıt şəhər təşkilatının inzibati binasında bir qrup qazilərlə görüş keçirilib. Bu haqda 5 mart tarixində Sumqayıt24 xəbər verir.
Yığıncaq fevralın 7-də keçirilmiş prezident seçkiləri ilə əlaqədar olub. Qazilərə seçki prosesinin demokratik şəkildə keçirilməsinə, seçicilərlə işin təşkilində nümayiş etdirdikləri fəallığa, göstərdikləri vətəndaşlıq və vətənpərvərlik nümunəsinə görə təşəkkürnamələr təqdim olunub.