Sumqayıtda 56 yaşlı kişi itib. Sumqayıt24 bu haqda 4 mart tarixində xəbər verir.
Hadisə martın 1-də baş verib. Akif Cəfərov saat 21:00 radələrində Yaşıldərə massivindəki su kanalının yanında yerləşən kafedən çıxarkən kameraya düşüb.
Şahidlərin sözlərinə görə, Cəfərov kafedə olarkən yaşadığı yeri belə xatırlaya bilmirdi. Kişinin əynində cins şalvar, qolsuz gödəkcə və papaq var idi.
Ailəsi onun psixoloji və yaddaşla bağlı problemlərinin olmadığını bildirir:
“Yaşıldərədə və ətrafda Akifi hər kəs “Akula” kimi tanıyırdı”.
Cəfərovu görənlərdən və ya barəsində xəbəri olanlardan (070) 203-18-91 nömrəsi ilə əlaqə saxlamaları xahiş olunur.