Sumqayıtda üçmərtəbəli yataqxanada yanğın baş verib. Sumqayıt24 bu haqda 4 avqust tarixində Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir.
Hadisə binanın 1-ci mərtəbəsində, ümumi sahəsi 35 kv.m olan otaqda qeydə alınıb. Yüksək temperaturdan 6 kv.m sahədə ev əşyaları yanıb, lambirdən ibarət tavan isə əriyib.
Ünvana cəlb olunan FHN-in əməkdaşları alovu söndürüblər. Otağın qalan hissəsi mühafizə olunub.