Ceyranbatan - “Xocəsən” metro stansiyası - Ceyranbatan müntəzəm avtobus marşrutu istifadəyə verilib. Sumqayıt24 bu haqda 13 may tarixində Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə istinadən xəbər verir.
Həmin 505 nömrəli marşrut xətti 6 orta tutumlu avtobusla xidmət göstərir. Saat 06:10-dan 22:00-dək çalışan avtobuslar arasında interval 15-20 dəqiqə təşkil edir.
Uzunluğu 24,2 km təşkil edən marşrutun aşağıdakı dayanacaqları var:
Ceyranbatan qəsəbəsi, Bakı Mühəndislik Universiteti, “AAAF Park” yaşayış kompleksi, “Kristal Abşeron-2” yaşayış kompleksi (Xırdalan Dəmiryol stansiyası), Xırdalan dairəsi, Sulutəpə, “Xocəsən” metro stansiyası.
[modula id="36189"]