Sumqayıtda pedaqoji şuranın iclası keçirilib. Bu barədə 13 sentyabr tarixində şəhər Bülbül adına 2 nömrəli UİM-ə istinadən xəbər veririk.
Toplantı Bülbül adına 2 nömrəli uşaq incəsənət məktəbində baş tutub. İclasda Sumqayıt Regional Mədəniyyət idarəsinin rəis müavini İlham Əhmədov 2022-2023-cü tədris ili münasibətilə bütün müəllimləri təbrik edib və öz tövsiyələrini verib. İclasda yeni iş planı təsdiq olunub. Sonda Samir müəllim məktəbin fortepiano müəllimi Ülviyyə Əbdürrəhmanova və kamança müəllimi Aytən Hüseyzadəni 50 illik yubileyləri münasibətilə təbrik edib və Fəxri fərmanlarla təltif edib.