Sumqayıt şəhər Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsi tədbir keçirib. Sumqayıt24 bu haqda 2 dekabr tarixində Daxili İşlər Nazirliyinə (DİN) istinadən xəbər verir.
Şagirdlər açıq havada yol hərəkəti qaydalarına aid səhnəciklər nümayiş etdiriblər. Onlar piyada keçidlərindən istifadə, avtobusa minib-düşmək və digər qaydalarla bağlı məlumatlandırılıblar. Daha sonra maarifləndirici lövhələr və rəsm əsərlərinə baxılıb.
Tədbirin davamında məktəblilər yol hərəkəti qaydalarına dair biliklərini göstərib, müxtəlif mövzularda səhnəciklər və musiqi parçaları ifa ediblər.
Sumqayıt Şəhər Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları uşaqlar arasında yol hərəkəti təhlükəsizliyinin təbliğinin vacibliyini vurğulayıblar.
Bildirilib ki, uşaq travmatizminin bir qolu da yol qəzalarıdır. Orta məktəblərdə yol hərəkəti qaydalarının təbliği sağlam gələcəyin formalaşmasına, uşaqların yol qəzalarından qorunmasına xidmət edir. Qeyd edilib ki, burada iştirak edən hər bir məktəbli yol hərəkəti qaydalarının əsas təbliğatçısı olmalı və qaydaları pozan sürüculərə iradını bildirməlidir.
Sonda bir qrup məktəbliyə həvəsləndirici mükafatlar verilib. Şagirdlər yol patrul xidməti avtomobilləri ilə tanış olublar.