Sumqayıtda avtomobil qatarla toqquşub. Sumqayıt24 bu haqda 16 oktyabr tarixində Den.az-a istinadən xəbər verir.
Hadisə Bakı-Quba yolunda baş verib. İnşaatçılar qəsəbəsindən həmin yol istiqamətində hərəkət edən “Opel” qəfil yük qatarının önünə çıxıb. Nəticədə qatar avtomobili vuraraq kənara atıb. Buna baxmayaraq, ölən və ya xəsarət alan olmayıb.
Məlumata görə, “Opel” qatarın relsləri üzərində xarab olaraq qalıb. Qatar avtomobili vuran zaman sürücü son anda xilas ola bilib.
Araşdırma aparılır.