“VAZ 2115” markalı avtomobil qəza törədib. Sumqayıt24 bu barədə 23 avqust tarixində Sumqayit.tv-yə istinadən xəbər verir.
Hadisə Sumqayıt-Novxanı yolunda, “Sahil” restoranının önündə baş verib. Yüksək sürətlə hərəkət edən nəqliyyat vasitəsi yolun ortasındakı səkiyə çırpılıb. Xəsarət alan olmayıb.
Faktla bağlı araşdırma aparılır.