Avstriyanın Lints şəhərinin meri Klaus Luqerin Sumqayıt səfəri davam edir. Sumqayıt24 bu haqda 21 may tarixində xəbər verir.
İcra başçısı Zakir Fərəcov merlə birlikdə Şəhidlər xiyabanında olub. Qonağa xiyabanın təmiri, quruluşu barədə məlumat verilib. Klaus Luqer və Zakir Fərəcov Nəsimi adına Dənizkənarı Mədəniyyət və İstirahət Parkına və 1997-ci ildə salınan Lüdviqşafen parkına gediblər.
Avstriyalı qonaqlar Sumqayıtın Tarixi Muzeyini də ziyarət ediblər. Onlara mədəniyyət ocağından danışılıb.