Sumqayıtda Mehdi Hüseynzadə adına stadionda tikinti işləri davam edir. Sumqayıt24 bu haqda 10 sentyabr tarixində Dünya TV-yə istinadən xəbər verir.
İcra başçısı Zakir Fərəcov burada aparılan yenidənqurma işləri ilə tanış olub. Şəhərin əsas futbol arenası beynəlxalq standartlara uyğun olaraq inşa edilir. “Sumqayıt” futbol klubunun ev oyunlarını keçirdiyi stadionun azərkeş tutumu 10 min nəfər olacaq.
Arenanın 2 aydan sonra təhvil verilməsi planlaşdırılıb.