Sürət qatarları gecikir. Sumqayıt24 bu haqda 7 dekabr tarixində xəbər verir.
Məlumata görə, Bakı-Pirşağı-Sumqayıt və digər xətlər üzrə qatarlarda yaranmış gecikmənin səbəbi zəlzələdir.
Azərbaycan Dəmir Yollarından (ADY) bildirilib ki, yeraltı təkanlardan dərhal sonra qurumun Fövqəladə Hallar Komissiyası müvafiq infrastruktur obyektlərinə texniki baxış keçirir, süni mühəndis qurğularının (körpülər, keçidlər, tunellər və s.) vəziyyətini yoxlayır.