Sumqayıt şəhərində abadlıq işləri həyata keçirilib.
Belə ki, yaşayış binalarının girişlərində və həyətə bitişik sahələrində yenilənmə işləri aparılıb.
Aparılan işlər çərçivəsində binaların girişi rənglənib, pilləkən qəfəsləri bərpa olunub və işıqlandırma sistemləri yenilənib.
Bundan əlavə, binaların həyətində yeni oturacaqlar quraşdırılıb, uşaq meydançalarının təmiri və yenidənqurması həyata keçirilib.
Mənbə: Dünya Tv