Sumqayıtda süd məhsulları məhv edilib. Sumqayıt24 bu barədə 24 oktyabr tarixində Qida Təhlükəsizliyi Agentliyinə istinadən xəbər verir.
Utilizasiya prosesi “Təmiz Sumqayıt-Kənan” MMC-nin poliqonunda baş tutub. Burada, istehlaka yararsız “AZ FP CO LTD” MMC-yə məxsus 69 adda, 12.311,59 kq müxtəlif növ süd məhsulu zərərsizləşdirilib.