17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin 2026/2027-ci illər mövsümündə Avropa çempionatının seçmə mərhələsinin I raundunda iştirak edəcək heyəti müəyyənləşib.
Sumqayit24.az AFFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, heyətə 21 futbolçunun adı daxil edilib.
Onların arasında "Sumqayıt" FK-nın futbolçusu Ülvi Abbaslı da yer alıb.
Bu gündən noyabrın 19-dək Almaniyanın Frankfurt şəhərində olacaq komanda noyabrın 11-də Bakı vaxtı ilə saat 14:00-da Almaniya, 14-də saat 19:30-da Şimali İrlandiya, 17-də saat 14:00-da isə Litva yığması ilə qarşılaşacaq.
İlk iki oyun "DFB Kampus"da, sonuncu görüş isə "Nidda-Sportfeld"də keçiriləcək.