Sumqayıtın mikrorayonlarından birində suyun verilişində tez-tez fasilələrin yarandığı bildirilir.
Sumqayit24.az-a bu barədə 4-cü mikrorayon, 15/23 saylı yaşayış binasının sakinləri məlumat veriblər.
Vətəndaşların sözlərinə görə, Şəhid Nurlan Abdalov küçəsində yerləşən binaya suyun verilməsi ilə bağlı mütəmadi problemlər yaşanır.
"Səhər saat 7-dən 10-a qədər su normal gəlir, saat 10-dan sonra isə su kəsilir. Axşam saat 6-da yenidən verilir və 10-a qədər davam edir. Günün digər saatlarında isə suyun verilməsi qeyri-sabitdir, bəzən çox zəif axır, bəzən isə ümumiyyətlə olmur. Özü də bayram günüdür, hamı evdə olur, suya ehtiyac artır. Bu vəziyyət bizi çətin vəziyyətdə qoyur", - deyə şikayətçilər qeyd ediblər.
Məsələ ilə bağlı İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinə sorğu ünvanlanıb.