Sumqayıtda itkin düşən 7-ci sinif şagirdi tapılıb. Hadisənin təfərrüatları məlum olub. Bu barədə 21 sentyabr tarixində Sumqayıt24 xəbər verir.
Belə ki, 1 nömrəli məktəbdə təhsil alan 12 yaşlı Nihat Pənahlı dünən günorta saatlarında, 5-ci dərsdən çıxıb, amma evə getməyib. Bununla bağlı 4-cü Polis Bölməsinə məlumat verilib. Nəticədə uşaq axşam saatlarında tapılıb.
Sosial şəbəkələrdə yayılan məlumata əsasən, Nihat bütün bu vaxtı oyun klubunda keçirib. Lakin ərazidə olan polis əməkdaşları bunu təkzib edib və məktəblinin 45-ci məhəllədə tapılaraq bölməyə gətirildiyini bildiriblər.