Novxanı-Binəqədi marşrut xətti üzrə hərəkət edən avtobuslar kart sisteminə keçirilir. Bu haqda 8 aprel tarixində Sumqayıt24 Nəqliyyat Agentliyinə istinadən xəbər verir.
Aprelin 10-dan etibarən “Azadlıq Prospekti” metro stansiyası (S.S.Axundov küçəsi) ilə Novxanı qəsəbəsini əlaqələndirən 123 nömrəli marşrut xətti üzrə hərəkət edən avtobuslarda gediş haqqı “BakıKart” vasitəsilə ödəniləcək.