Sumqayıtda azyaşlı şantaj olunub. Bu haqda 3 may tarixində Sumqayıt24 Lent.az-a istinadən xəbər verir.
Şəhər sakini D.R. polisə ərizə ilə müraciət edərək naməlum şəxsin onun 13 yaşlı qızını şantaj etdiyini bildirib. Naməlum şəxs azyaşlının qeyri-münasib şəkillərini sosial şəbəkədə yayacağı ilə hədələyərək anasından pul tələb edib.
Daxil olan şikayət əsasında Sumqayıt ŞPİ tərəfindən araşdırma aparılır.