Yeniyetmə qəza zamanı vəfat edib. Sumqayıt24 bu barədə 1 may tarixində Report.az-a istinadən xəbər verir.
Hadisə 30 aprel gecə saatlarında baş verib. Çerkassı küçəsində 12-ci mikrorayon sakini, 17 yaşlı Ceyhun Cavadovu "VAZ-2107" markalı avtomobil vurub. Onun meyiti aidiyyəti üzrə təhvil verilib. Sürücü isə qəza yerindən yayınıb.
Araşdırma aparılır.