Sumqayıtda uşaq bağçasında “Güləkmə” aksiyası keçirilib. Bu barədə 20 oktyabr tarixində Abşeron-Xızı Regional Təhsil idarəsinə istinadən məlumat veririk.
18 Oktyabr - Müstəqilliyin Bərpası Günü münasibətilə və vətənimizin bütövlüyünü qoruyan şəhidlərimizin xatirəsini əbədiləşdirmək məqsədilə təşkil olunan tədbir 45 nömrəli körpələr evi - uşaq bağçasında baş tutub. Burada Abşeron-Xızı Regional Təhsil idarəsinin əməkdaşları, Vətən müharibəsi iştirakçıları və şəhid ailələri iştirak ediblər.
Tədbirin bədii hissəsi körpələrin təqdimatında müxtəlif rəqslər və bədii nümunələrlə davam edib. Sonda aksiya iştirakçıları və körpə fidanlarımız ilə birlikdə Vətən müharibəsi qəhrəmanlarımızın adına güllər əkiblər.