Sumqayıtda iməcilik işləri aparılıb. Bu barədə 24 sentyabr tarixində Sumqayıt24 xəbər verir.
İşlər Sukanal İdarəsi rəhbərliyinin göstərişi ilə 2 saylı nasos stansiyasının ərazisində görülüb. İnzibati bina və sexin ərazisində ümumi təmizlik tədbirləri həyata keçirilib, ağac dibləri alaq otlarından təmizlənib, gövdələri əhənglənib, bordür daşları, həmçinin digər dəmir və beton hissələr rənglənib.