Sumqayıtın tibb müəssisəsində reyestrin təhlilinə həsr olunmuş iclas keçirilib. Bu barədə 22 sentyabr tarixində Tibb Mərkəzinə istinadən xəbər veririk.
Yığıncaq 3 nömrəli şəhər xəstəxanasında baş tutub. İclasda Sumqayıt Tibb Mərkəzinin Xəstə Xidmətləri şöbəsinin müdiri Leyla Sədiyeva, 3 nömrəli xəstəxananın baş həkimi Elçin Quliyev və tibb personalı iştirak ediblər.
Qarşılıqlı fikir mübadiləsi şəraitində keçən görüşdə xəstəxananın vətəndaşlara təqdim etdiyi xidmətlərin keyfiyyəti təhlil edilib, mövcud olan çatışmazlıqların aradan qaldırılması istiqamətində müvafiq addımların atılması üçün tövsiyələr verilib.
Sonda tibb personalını maraqlandıran suallar cavablandırılıb.