Sumqayıtda ticarət mərkəzində oğurluq baş verib. Bu haqda bu gün, 21 fevral tarixində Xeberle.com xəbər verir.
Məlumata əsasən, hadisə "Gold Qayalı" ticarət mərkəzində qeydə alınıb. Burada 3 yeniyetmə energetik içki və şokolad oğurlayıblar. Yeniyetmələrdən birinin dayısı Ramiz Nərimanov iddia edir ki, onun bacısı oğlunu bir neçə saat girov saxlayıblar.
Ticarət mərkəzinin nümayəndəsi girov saxlanılma iddialarını rədd edib . O bildirib ki, yeniyetmələr oğurluq etdiyi üçün saxlanılıblar.
Polis əməkdaşları gencləri dindirib və izahatlarını alıb.