Sumqayıtda küçədə meyit tapılıb. Sumqayıt24 bu haqda 3 aprel tarixində Lent.az-a istinadən xəbər verir.
Hadisə 30-cu məhəllədə baş verib. Aşkarlanan cansız bədənin Masallı rayon sakini, 60 yaşlı Siyasət Quliyevə aid olduğu müəyyənləşib. Onun üzərində zorakılıq əlamətləri aşkarlanmayıb.
Faktla bağlı araşdırma aparılır.