Təsərrüfathesablı Əsaslı Tikinti və Təchizat İdarəsi açıq tender elan edir. Sumqayıt24 bu haqda 30 avqust tarixində Fed.az-a istinadən xəbər verir.
Tenderdə Sumqayıt şəhər 36 nömrəli 1296 şagird yerlik məktəbin bərpa, möhkəmləndirilməsi və əsaslı təmiri işlərinin satın alınması nəzərdə tutulur.
Açıq tender iştirakçıları öz təkliflərini imzalanmış, möhürlənmiş, ikiqat bağlamada, yazılı surətdə təqdim edə bilərlər. Təkliflərin qiymətləndirilməsində aşağıdakı meyarlara üstünlük veriləcək: iddiaçıların ixtisas göstəricilərinin uyğunluğu, aşağı qiymət, ödəniş şərtləri, müqavilənin vaxtında yerinə yetirilməsi, təminat verilən istismar müddəti.
Əlavə məlumat üçün əlaqələndirici şəxsə müraciət etmək olar.
Əlaqələndirici şəxs - Z.Quliyev. Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Y.Bakuvi, 18.
Tel: (+99412) 465-73-48 (134). [modula id="41409"]