top
Qazilərin maaşının 400 manatlıq hissəsi vergidən azaddır
16 sentyabr 2026, 17:17
- ↺ +

Qazilərin maaşının 400 manatlıq hissəsi vergidən azaddır

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Müharibə veteranlarının əməkhaqqından tutulan gəlir vergisi ilə bağlı mühüm məqam açıqlanıb.

Sumqayit24.az Dövlət Vergi Xidmətinə istinadən xəbər verir ki, müharibə veteranlarına əməkhaqqından gəlir vergisi üzrə güzəşt tətbiq olunur.

Belə ki, Vergi Məcəlləsinin 102.2.7-ci maddəsinə əsasən, qanunvericiliklə müəyyən edilmiş qaydada müharibə veteranı adı almış şəxslərin hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 400 manat məbləğində azaldılır.

Burada vacib məqam odur ki, qazilərin aylıq maaşının 400 manatı gəlir vergisindən azad edilir. Məsələn, veteran 1000 manat maaş alırsa, gəlir vergisi hesablanarkən 600 manatı nəzərə alınacaq.

Veteran statusu sonradan rəsmiləşdirilsə belə, güzəşt statusun qüvvəyə mindiyi tarixdən hesablanmalıdır. Məsələn, şəxsin veteran statusu 1 yanvar 2022-ci ildən qüvvədədirsə, lakin sənədi iş yerinə daha sonra təqdim edilibsə, güzəşt 2022-ci ildən tətbiq olunmalıdır.

Əgər həmin müddətdə şəxsin maaşından gəlir vergisi güzəştsiz tutulubsa, əvvəlki hesablamalara yenidən baxılması mümkündür. Bunun üçün veteranın işlədiyi müəssisənin mühasibatlığına müraciət etməsi lazımdır.

Dövlət Vergi Xidməti qeyd edib ki, bu güzəşt yalnız gəlir vergisinə aiddir. Yəni veteranların maaşından sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarının tutulmaması ilə bağlı ayrıca güzəşt nəzərdə tutulmayıb.

Qısası, veteranın maaşının 400 manatlıq hissəsi gəlir vergisindən azaddır. Əgər bu güzəşt əvvəlki illərdə tətbiq edilməyibsə, həmin məbləğin yenidən hesablanması üçün mühasibatlığa müraciət etmək mümkündür.

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 10:18

Bu şirkət 540 min manata Sumqayıtın "zibilxana"larını abadlaşdıracaq

Bütün xəbərlər
Bu gün, 09:18

Sürücülərin "kabus"una çevrilən Sumqayıt yolları

Bütün xəbərlər
Bu gün, 00:01

Vətən müharibəsinin 42-ci günü – XRONİKA

Bütün xəbərlər
Dünən, 19:30

Sarayın bu küçəsini yağışlı havada keçmək müşkülə çevrilir…

Bütün xəbərlər
Dünən, 19:00

Sumqayıtda sakinləri narahat edən təhlükəli vəziyyət

İdman
Dünən, 18:00

"Sumqayıt"ın 18 yaşlı futbolçusu milliyə çağırıldı

Bütün xəbərlər
Dünən, 17:30

Kamran Əsədov və Gündüz Abbasova cəza istənilib

Bütün xəbərlər
Dünən, 17:00

Sumqayıtda tanınmış xanəndənin həyat yoldaşı həbs edildi - DETALLAR

İdman
Dünən, 16:30

"Sumqayıt" doğma meydana qayıdır? - AÇIQLAMA

Bütün xəbərlər
Dünən, 15:55

Sumqayıtda şənbə günü hava necə olacaq?

Bütün xəbərlər
Dünən, 15:25

Sumqayıt kolleci "Zəfər Günü"nü belə qeyd etdi

Bütün xəbərlər
Dünən, 15:19

Sumqayıtda şüşə emalına başlanılır - 70 yeni iş yeri yaradılacaq

Bütün xəbərlər
Dünən, 14:55

Sumqayıtın körpü və tunelləri yağışlı mövsümə nə dərəcədə hazırdır?

Bütün xəbərlər
Dünən, 14:40

"Şam işığında dərs keçirəm" - Saraydan ŞİKAYƏT

Bütün xəbərlər
Dünən, 14:17

Sumqayıtda 70 manata kirayə ev tapmaq olar? – ARAŞDIRMA

Bütün xəbərlər
Dünən, 13:50

Bu gün qısa iş günüdür? - RƏSMİ

Bütün xəbərlər
Dünən, 13:15

Bu tarixdə Yeri maqnit qasırğası bürüyəcək

Bütün xəbərlər
Dünən, 12:40

Sumqayıtda bayram günündə hərbi yürüş təşkil ediləcək

Bütün xəbərlər
Dünən, 12:05

Sumqayıtda tanınmış həkim vəzifəsindən ayrıldı

Bütün xəbərlər
Dünən, 11:30

Sumqayıt Musiqi Kollecində Zəfər Gününə ilə bağlı konsert keçirildi

Bütün xəbərlər
Dünən, 11:00

Sumqayıtda 3 avtobus marşrutu yenilənəcək - ÖZƏL

Bütün xəbərlər
Dünən, 10:23

İşləmək istəməyənlər də uçota alınacaq

İdman
Dünən, 09:15

Sumqayıt cüdoçusu beynəlxalq yarışda medal qazandı

Bütün xəbərlər
Dünən, 00:01

Vətən müharibəsinin 41-ci günü: XRONİKA

Oxşar xəbərlər