Saray qəsəbəsində küçələrdən birində uzun müddətdir su axıntısının olduğu iddia edilir.
Bu barədə Sumqayit24.az-a Vüqar Rüstəmov küçəsinin sakinləri məlumat veriblər.
Şikayətçilərin iddiasına görə, içməli su borusu deşilib və nəticədə uzun müddətdir yola su axır.
"4 ildir bu ərazi belə vəziyyətdədir. Bura heç vaxt təmir edilmir. İçməli su boş yerə israf olunur", - deyə sakinlər narahatlıqlarını bildiriblər.
Vətəndaşlar aidiyyəti qurumların əraziyə baxış keçirməsini və problemin aradan qaldırılmasını istəyirlər.
Məsələ ilə bağlı müvafiq quruma sorğu ünvanlanıb.