Sumqayıtda yol bağlanıb.
Sumqayit24.az-a daxil olan məlumata görə, 10-cu mikrorayonun Babək küçəsinə düşən hissəsində, məhəlləyə daxil olan yolda Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin əməkdaşları tərəfindən boruların yenilənməsi məqsədilə qazıntı işləri aparılıb.
Bu səbəbdən yolun bir hissəsində avtomobillərin və piyadaların hərəkəti məhdudlaşıb.