Prezident İlham Əliyev Azərbaycan Respublikası Auditorlar Palatası üzvlərinin və əməkdaşlarının "Tərəqqi" medalı ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb.
Sumqayit24.az xəbər verir ki, onların arasında "Cavadov və K" auditor təşkilatının rəhbəri Vasif Cavadov da var.
Məlumata görə, təltif olunan Vasif Tofiq oğlu Cavadov 1968-ci il yanvarın 7-də Sumqayıt şəhərində anadan olub. O, 1975–1985-ci illərdə Sumqayıt şəhər 1 nömrəli "Dəmir Yolu" məktəbində orta təhsil alıb.
Vasif Cavadov 2020-ci il yanvarın 7-dən 2023-cü il yanvarın 5-dək Auditorlar Palatasının Auditin təşkili, hesabatlılıq və informasiya idarəsinin rəisi vəzifəsində çalışıb.
Ailəlidir, 1 övladı var.