Sumqayıtdakı tibb ocağına yeni baş həkim təyinatı baş tutub.
Məlumata görə, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) icraçı direktoru tərəfindən imzalanan müvafiq əmrə əsasən, Sumqayıt Şəhər 2 nömrəli Xəstəxanaya yeni rəhbər təyin olunub. Sözügedən qərara görə, Adil Rzayev bu tibb müəssisəsinin baş həkim əvəzi vəzifəsinə gətirilib.
Xatırladaq ki, əvvəllər bu vəzifəni Arzu Bəndəliyeva icra edirdi.
Mənbə: Nocomment.аz