Təmir işləri ilə əlaqədar elektrik enerjisinin verilişində müvəqqəti məhdudiyyət yaranacaq.
Sumqayit24.az xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb.
Sentyabrın 17-də Abşeron RETSİ ərazisində yerləşən Mehdi Hüseynzadə, Nizami və Səməd Vurğun küçələri, həmçinin Bakı-Sumqayıt yolunun bir hissəsində 10 kV-luq elektrik verilişi xəttində aparılacaq təmir işləri ilə əlaqədar saat 11:00-dək enerjinin verilişi müvəqqəti dayandırılacaq.
Görülən işlər yekunlaşdıqdan sonra həmin ərazilərdə abonentlər daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin olunacaqlar.