Sumqayıtda yataqxana binası qəzalı vəziyyətdədir.
Sumqayit24.az-a müraciət edən sakinlər Kimyaçılar qəsəbəsində yerləşən yataqxana binasının vəziyyətindən narazıdırlar. Onların sözlərinə görə, hazırda yaşayış olan binanın divarlarında çatlar yaranıb, bəzi eyvanlar isə qəfil çöküb. Binanın tavanı da yararsız vəziyyətdədir və konstruksiyalar demək olar ki, çürüyüb.
Şikayətçilər binanın vəziyyətinin ciddi təhlükə yaratdığını və hər an xoşagəlməz hadisənin baş verə biləcəyini deyirək, məsul qurumlardan tədbir görülməsini xahiş edirlər.